Medianews.az
Uşaq bağçasındakı zorakılıq iddiaları ilə bağlı
46 baxış

Uşaq bağçasındakı zorakılıq iddiaları ilə bağlı YENİ GÖRÜNTÜLƏR YAYILDI

Istanbulun Eyüpsultan rayonunda yerləşən və İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən idarə olunan “Yuvamız İstanbul” uşaq bağçasında uşaq istismarı və zorakılıq iddiaları ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Medianews.az xəbər verir ki, sosial mediada yayılan kadrlarda müəllim və köməkçilərin uşaqlara qarşı kobud davrandığı, onlara qışqırdığı və sərt şəkildə danladığı iddia olunur.

Görüntülərdə bəzi uşaqların dəhlizlərdə nəzarətsiz şəkildə hərəkət etdiyi, müəllimlərin isə mobil telefonlardan istifadə etdiyi əks olunub.

Yayılan görüntülərdə 0-6 yaşlı uşaqların sinif otaqlarının qarşısında, ümumi dəhlizdə paltarlarını dəyişməyə məcbur edildiyi iddia edilir. Kadrlardan birində müəllimin göstərişi ilə qapı önündə paltarını dəyişən azyaşlının digər uşaqların baxışları altında narahat göründüyü diqqət çəkir.

Digər görüntülərdə müəllimlərdən birinin uşaqlara yüksək səslə əmrlər verdiyi, bəzilərini sərt tənqid etdiyi və hazırlıq prosesində kobud ifadələr işlətdiyi eşidilir. Həmçinin bir müəllimin uşağa ayaqqabılarını toplamasını sərt şəkildə tələb etdiyi kadrlar yer alıb.

Bağçada daha əvvəl də zorakılıq iddialarının səsləndirildiyi bildirilib. Məsələ ictimaiyyətdə geniş narazılıq doğurub.

Hadisə ilə bağlı rəsmi qurumların araşdırma aparıb-aparmadığına dair hələlik açıqlama verilməyib.

Medianews.az

İstismar iddialarının yer aldığı İBB kreşinden yeni görüntüler ortaya çıktı

İstismar iddialarının yer aldığı İBB kreşinden yeni görüntüler ortaya çıktı

İstismar iddialarının yer aldığı İBB kreşinden yeni görüntüler ortaya çıktı

Bizə qoşulun