Medianews.az
Gənc qadının viza üçün etirazı gündəm oldu -
47 baxış

Gənc qadının viza üçün etirazı gündəm oldu - VİDEO

Portuqaliyaya viza üçün müraciət edən və rədd cavabı alan gənc qadının sosial mediada paylaşdığı video geniş müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, videoda göz yaşlarını saxlaya bilməyən qadın qısa səfər üçün təyyarə bileti və viza xərclərinə bütün pulunu sərf etdiyini, hətta borca düşdüyünü bildirib.

O,  çıxışında tarixi istinad edərək “Möhtəşəm Süleymanın bir həftəyə fəth etdiyi ölkəyə getmək üçün bütün pulumu xərclədim” ifadəsini işlədib və Portuqaliyanın ərazisinin kiçik olduğunu vurğulayıb.

Gənc qadının sözləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında fikir ayrılığı yaradıb.

Bir qrup istifadəçi viza proseslərinin çətinliyini və yüksək xərcləri əsas gətirərək qadına dəstək verib, müraciət prosedurlarının daha əlçatan olması gərəkdiyini bildirib.

Hadisə qısa zamanda geniş müzakirə mövzusuna çevrilib və sosial mediada minlərlə şərh toplayıb.

Medianews.az

Bizə qoşulun