Medianews.az
İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında bir binanı partlatdı -
34 baxış

İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında bir binanı partlatdı - VİDEO

Atəşkəs rejiminə baxmayaraq, İsrail ordusu Qəzza zolağında hava hücumu həyata keçirib.

Medianews.az xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza şəhərinin şimalında, Zeytun məhəlləsində yerləşən Əbu Şaban binasını ağır bombalarla hədəfə alaraq yerlə bir edib.

Hücum nəticəsində ətrafdakı binalara da ciddi ziyan dəyib. Binanın vurulduğu anlar kameraya düşüb. İsrail tərəfinin əvvəlcədən yaydığı təxliyə xəbərdarlığından sonra bina sakinləri və ətraf ərazidə yaşayan fələstinlilər bölgəni tərk ediblər.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial şəbəkədə paylaşdığı xəritədə Zeytun məhəlləsində qırmızı rənglə işarələnmiş nöqtələri göstərərək həmin ərazilərdə HƏMAS infrastrukturunun yerləşdiyini iddia edib. O, sakinlərdən evlərini dərhal tərk etməyi tələb edib və ərazinin hava hücumuna məruz qalacağını bildirib.

Bu hadisə 10 oktyabr 2025-ci ildə HƏMAS ilə əldə olunan atəşkəs razılaşmasından sonra İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi ilk hava zərbəsi kimi qiymətləndirilir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 11 oktyabr 2025-ci ildən bəri İsrail hücumları nəticəsində 556 nəfər həlak olub, 1500 nəfər isə yaralanıb. Rəsmi qurum atəşkəsə baxmayaraq hücumların müxtəlif səbəblərlə davam etdiyini bildirib.

Medianews.az

Bizə qoşulun