Xəstəxanada müalicəm davam edir. Səhhətimdə irəliləyiş var. Əsas çətinlik geridə qaldı.
Medianews.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov səhhətindəki son vəziyyətdən danışarkən deyib.
“Nəfəs almaqda çətinlik çəkirəm. Sabah analizlərin nəticəsindən sonra qərar veriləcək. Əməliyyat olunmasam, bazar günü və ya bazar ertəsi evə buraxılacağam”, - deyə kinorejissor əlavə edib.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudov bir neçə gün öncə özəl xəstəxanalardan birinə yerləşdirilib.