ABŞ prezidenti Donald Tramp ABŞ-a İrandan mal və ya xidmət idxal edən ölkələrdən gələn mallara əlavə tariflər tətbiq etməyə imkan verən sərəncam imzalayıb.
Medianews.az xəbər verir ki, sərəncam Ağ Ev tərəfindən yayılıb.
Sənədə görə, "İrandan mal və ya xidmət birbaşa və ya dolayı yolla alan, idxal edən və ya başqa şəkildə alan istənilən ölkədən ABŞ-a idxal edilən mallara 25 faiz əlavə advalor rüsumlar tətbiq edilə bilər".
Bu tədbirlər 7 fevralda qüvvəyə minir.
Sənəddə qeyd olunur ki, Vaşinqton administrasiyası İrana qarşı digər iqtisadi tədbirləri əsaslandırmaq üçün ABŞ-da əvvəllər rəsmi olaraq elan edilmiş fövqəladə vəziyyətin uzadılmasını zəruri hesab edir. Sərəncamda İranın siyasətinin ABŞ üçün "qeyri-adi və fövqəladə bir təhlükə yaratmağa davam etdiyi" vurğulanır.