Medianews.az
Körpüdən tullanan fenomen faciəvi şəkildə öldü -
44 baxış

Körpüdən tullanan fenomen faciəvi şəkildə öldü - VİDEO

Kolumbiyada 30 yaşlı influenser Angel Montoya sosial mediada yayılmaq məqsədi daşıyan yarış çərçivəsində körpüdən Cauca Riverna tullandıqdan sonra həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə dostunun çəkdiyi videoda qeydə alınıb.

Görüntülərdə Montoyanın tullanmadan əvvəl zarafatlaşdığı və rahat göründüyü müşahidə olunur. Lakin suya düşdükdən sonra vəziyyət dəyişib.

Montoya güclü cərəyanla mübarizə apararaq sahilə doğru üzməyə çalışsa da, buna nail ola bilməyib. Videoda dostunun “Cərəyan səni aparacaq” dediyi eşidilir. Qısa müddət sonra o, coşğun sularda gözdən itib.

Hadisədən sonra görüntülər sosial mediada paylaşılıb və gəncin tapılması üçün çağırış edilib. Bir müddət sonra Montoyanın cansız bədəni çay sahilində tapılıb. Cəsədin ərazidə çalışan işçilər tərəfindən aşkar edilərək səlahiyyətlilərə məlumat verildiyi bildirilib.

Hadisə sosial mediada geniş rezonans doğurub.

Medianews.az

Bizə qoşulun