Medianews.az
Ukrayna hücumlarından sonra Sevastopolda elektrik
81 baxış

Ukrayna hücumlarından sonra Sevastopolda elektrik kəsintisi yaşanıb.

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Sevastopol şəhəri müvəqqəti olaraq elektrik enerjisiz qalıb.

Medianews.az xəbər verir ki, Sevastopolun qubernatoru Mixail Razvojayev özünün “Telegram” kanalında yazıb ki, enerji infrastrukturuna hücum nəticəsində şəhərin elektrik enerjisi kəsilib.

Qubernator qeyd edib ki, obyektlərdə xüsusi rejim tətbiq edilib, mütəxəssislər zərərin miqyasını qiymətləndirir və elektrik enerjisinin bərpası üçün tədbirlər görür.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın regionları, eyni zamanda Azov dənizi və Qara dəniz üzərində ötən gecə 320-dən çox Ukrayna dronunun vurulduğu barədə məlumat yayıb./Apa.az

Bizə qoşulun