Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində pilotsuz uçuş aparatı (PUA) yerə düşüb.
Medianews.az xəbər verir ki, hadisə yerinə dərhal aidiyyəti xidmətlər cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır. Rəsmi qurumlar PUA-nın texniki nasazlıqdan və ya digər səbəblərdən düşüb-düşmədiyini müəyyən etmək üçün təhqiqat aparır.
Türkiyə Daxili İşlər Nazirliyi a,;qlama yayaraq Kocaeli vilayəti ərazisində düşən PUA-nın Rusiya mənşəli kəşfiyyat və müşahidə PUA-sı olduğunu təsdiqləyib.
“Bu gün Kocaeli vilayətinin İzmit rayonunun Çubuklubala məhəlləsi sərhədləri daxilində, ilkin müəyyənləşdirmələrə əsasən Rusiya mənşəli, kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə olunan Orlan-10 tipli Pilotsuz Uçuş Aparatı (PUA) aşkar edilib. Məsələ ilə bağlı araşdırma davam etdirilir”, - açıqlamada deyə qeyd olunub.
Medianews.az