Medianews.az
Türkiyədə istehlak: bahalaşma faizi açıqlandı
388 baxış

Türkiyədə istehlak: bahalaşma faizi açıqlandı

Oktyabrda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 32,87 faiz artıb.

Medianews.az bildirir ki, Statistika Qurumunun rəsmi hesabatına görə, 143 əsas mal, məhsul və xidmətin 118-də bahalaşma, 18-də ucuzlaşma qeydə alınıb, 7-də qiymət dəyişməyib.

Kommunal xidmətlərdə bahalaşma 50,96 faiz, ərzaq və spirtsiz içkilərdə 34,87 faiz, spirtli içkilər və tütün məmulatlarında 27,56 faiz, geyim və ayaqqabılarda 7,98 faiz göstərilir.

Noyabrın 3-də Azərbaycan Mərkəzi Bankı 100 Türkiyə lirəsini 4 manat 4 qəpiyə satır.

2021-2024-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun