Medianews.az
Türkiyədə fəhlələri daşıyan mikroavtobus aşıb:
49 baxış

Türkiyədə fəhlələri daşıyan mikroavtobus aşıb: ölən və xəsarət alanlar var

Türkiyənin Yalova bölgəsində fəhlələri daşıyan mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Bu barədə məlumatı "Haber Global" yayıb.

Bildirilib ki, hadisə Bursa-Yalova avtomobil yolunun Paşakənd məntəqəsində baş verib.

Hadisə yerinə çoxsaylı tibb, jandarma, polis, fövqəladə hallar və yanğınsöndürmə heyəti göndərilib.

Yalova valisi Əhməd Həmdi Usta hadisə yerinə gəlib, araşdırma aparılır./report

Bizə qoşulun