Medianews.az
Türkiyədə çəkildiyi iddia olunan ayin videosu GÜNDƏM OLDU -
133 baxış

Türkiyədə çəkildiyi iddia olunan ayin videosu GÜNDƏM OLDU - VİDEO

Türkiyədə ayin keçirdikləri iddia edilən qrupun görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Medianews.az “Haberler”ə istinadən xəbər verir ki, görüntülərin Aydın vilayətinin Didim rayonunda qeydə alındığı iddia edilib.

Mobil telefonla çəkilən kadrlarda antik qalıqlar arasında qırmızı plaş geyinmiş bir qrupun ayin keçirdiyi əks olunur. Görüntülərin qısa müddətdə yayılması çoxsaylı şərhlərə yol açıb.

Videonun həqiqiliyi və nə vaxt çəkildiyi ilə bağlı suallar qaranlıq qalır. Hadisənin mahiyyəti və qrupun kimliyi barədə rəsmi açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun