Türkiyənin tanınmış müğənnisi Seha Okuş vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 97 yaşlı müğənni bu gün səhər reanimasiyada dünyasını dəyişib.
Qeyd edək ki, müğənni Türkiyə və bir çox ölkələrdə məşhur olan “Həsrətinlə yandı könlüm” (Hasretinle yandı gönlüm) mahnısı ilə tanınıb. Sənətçi eyni zamanda məşhur türkiyəli aktyor Müjdat Gezenin xalasıdır.