Medianews.az
Türkiyədə beş jurnalistin ölkədən çıxışına qadağa qoyuldu
73 baxış

Türkiyədə beş jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

İstanbul Respublika Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı təhqiqat çərçivəsində ifadələri alınan jurnalistlər - Soner Yalçın, Yavuz Oğhan, Şaban Sevinç, Batuhan Çolak və Ruşen Çakırın ölkədən çıxışlarına qadağa qoyulub.

Jurnalistlərə məhkəmə nəzarəti tədbiri tətbiq olunub və onlar sərbəst buraxılıblar.

Qeyd edək ki, sözügedən jurnalistlər "İmamoğlu işi" ilə bağlı saxlanaraq ifadələri alınmışdı.

----------

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya istintaqı çərçivəsində altı tanınmış jurnalist - Soner Yalçın, Şaban Sevinç, Aslı Aydıntaşbaş, Ruşen Çakır, Yavuz Oğhan və Batuhan Çolak - şübhəli şəxs qismində ifadə verməyə çağırılıb.

Səhər saatlarında polis qrupları Şaban Sevinç, Yavuz Oğhan, Soner Yalçın və Batuhan Çolakın evlərinə gedib və onları İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri Şöbəsinə aparıb. Onların mobil telefonları müsadirə edilib.

Jurnalistlərə qarşı "yalan məlumat yaymaq" və "cinayətkar təşkilata kömək etmək" ittihamları irəli sürülüb. İstanbul Baş Prokurorluğu açıqlamasında bildirib ki, ifadələr polis idarəsində alınacaq və hazırda heç bir jurnalist barəsində həbs qərarı verilməyib.

Bizə qoşulun