Türkiyənin gənclərdən ibarət futbol yığmasının baş məşqçisi Egemen Korkmaz Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə oyunda huşunu itirib.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, oyunun 35-ci dəqiqəsində Korkmaz yerə yıxılaraq başını zədələyib. Ona dərhal tibbi yardım göstərilib və daha sonra xəstəxanaya aparılıb.
"Korkmaz meydanın kənarında tibbi briqada tərəfindən ilkin yardım alıb. Hazırda huşu yerindədir və müayinədən keçməsi üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb", - deyə məlumatda bildirilib.(Oxu.az)