ABŞ prezidenti Donald Tramp 2026-cı dünya çempionatını tarixin ən uğurlusu adlandırıb.
Medianews.az xəbər verir ki, Tramp turniri "ən uğurlu" sözləri ilə xarakterizə edib.
"Onlar heç vaxt biletləri bu səviyyədə və bu qədər sürətlə satmamışdılar. FIFA prezidenti İnfantino ilə danışdım. O bildirdi ki, əvvəllər belə bir şey heç vaxt baş verməyib", — deyə Tramp vurğulayıb.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-na qədər keçirilən futbol üzrə Dünya Çempionatına ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edir.