ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyatla bağlı ilk açıqlamanı verib.
Musavat.com xəbər verir ki, o, ABŞ hərbi qüvvələrinin İrana qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib. Bildirib ki, İranın fəaliyyəti ABŞ xalqının təhlükəsizliyinə təhdid yaradırdı.
Tramp əməliyyatın məqsədini də açıqlayıb: "İran rejiminin yaratdığı təcili təhdidləri aradan qaldırmaqla Amerika xalqını qorumaq".
ABŞ prezidenti həmçinin əməliyyatın bilavasitə İranın nüvə və ballistik raket proqramına qarşı yönəldiyini vurğulayıb: İran heç vaxt nüvə silahı əldə etməyəcək.