Medianews.az
İranın raketləri İsrail səmasında –
117 baxış

İranın raketləri İsrail səmasında – ilk kadrlar yayıldı - VİDEO

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçib. İranın dövlət mediasında İsrail ərazisinə raketlərin düşdüyü iddia edilən ilk videogörüntülər yayılıb.

Musavat.com xəbər verir ki, yayılan kadrlarda gecə səmasında parlaq partlayış anları, hava hücumundan müdafiə sistemlərinin işə düşməsi və şəhər üzərində işıq izləri əks olunur. İran mənbələri görüntülərin İsrail ərazisində raketlərin düşdüyü anlara aid olduğunu iddia edir.

Eyni zamanda, İsrail Müdafiə Qüvvələri (IDF) rəsmi açıqlama yayaraq İran istiqamətindən təkrar raket buraxılışının qeydə alındığını bildirib. Ordunun məlumatına görə, hava hücumundan müdafiə sistemləri aktivləşdirilib, əhaliyə sığınacaqlarda qalmaq və təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunub.

Bizə qoşulun