Medianews.az
Tanınmış sima
74 baxış

Tanınmış sima VƏFAT ETDİ

Qrafik ədəbiyyatın və dünya kinosunun tanınmış simalarından biri olan yazıçı, rəssam və rejissor Marjan Satrapi 56 yaşında Fransanın paytaxtı Parisdə vəfat edib.

“Persepolis” qrafik romanı ilə dünya şöhrəti qazanan Marjan Satrapinin ölüm xəbərini ailəsi və yaxın dostları açıqlayıb.

Yayılan bəyanatda bildirilib ki, sənətçi həyat yoldaşı və böyük sevgisi Mattias Ripanın vəfatından bir qədər artıq bir il sonra dünyasını dəyişib.

Açıqlamada qeyd olunub:

“Marjan Satrapi həyat yoldaşı və ömrünün sevgisi Mattias Ripanın ölümündən bir qədər artıq bir il sonra dərin kədərin təsirindən vəfat edib.”

Prodüser, aktyor və ssenarist Mattias Ripa isə 8 aprel 2025-ci ildə vəfat etmişdi./Ajans.az/

Bizə qoşulun