Türkiyənin Mersin şəhərində qırmızı bülletenlə axtarılan xarici vətəndaş beynəlxalq narkotik qaçaqmalçısı polis tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Medianews.az xəbər verir ki, Milli Kəşfiyyat İdarəsinin (MİT) apardığı araşdırmalar nəticəsində D.M. adlı şübhəlinin Mezitli rayonunda gizləndiyi müəyyən edilib.
Əldə olunan məlumat əsasında Mersin Baş Prokurorluğunun koordinasiyası ilə İctimai Təhlükəsizlik Şöbəsi, Kəşfiyyat Şöbəsi, İmmiqrasiya Qaçaqçılığı və Sərhəd Keçidləri Şöbəsi, eləcə də Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları birgə əməliyyat keçiriblər.
Mezitli rayonunun mərkəzində təşkil olunan əməliyyat nəticəsində qırmızı bülletenlə axtarılan beynəlxalq narkotik qaçaqmalçısı D.M. saxlanılaraq nəzarətə götürülüb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, şübhəli ilə bağlı müvafiq istintaq və hüquqi prosedurlar davam etdirilir.
Medianews.az



