Medianews.az
Real Madriddə gözlənilməz ayrılıq -
108 baxış

Real Madriddə gözlənilməz ayrılıq - RƏSMƏN AÇIQLANDI

İspaniyanın nəhəng klubu Real Madrid təcrübəli yarımmüdafiəçi Dani Seballosla yollarını ayırdığını rəsmən açıqlayıb.

Medianews.az xəbər verir ki, klub 29 yaşlı futbolçunun müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyini bəyan edib.

Arda Gülərin də çıxış etdiyi Madrid təmsilçisində yeni mövsüm öncəsi mühüm ayrılıq yaşanıb.

Klubun yaydığı açıqlamada Seballosun komandaya verdiyi töhfələr xüsusi vurğulanıb: "Klubumuz Dani Seballosa formamızı geyindiyi müddətdə göstərdiyi böyük sədaqət, fədakarlıq və səylərə görə səmimi qəlbdən təşəkkür edir. Ona və ailəsinə həyatlarının bu yeni mərhələsində uğurlar arzulayırıq. Real Madrid həmişə onun üçün evi olaraq qalacaq".

Qeyd edək ki, Dani Seballos "Kral klubu"nun heyətində uğurlu karyera keçirib. O, Madrid təmsilçisi ilə 3 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə La Liqanın qalibi olub.

İspan futbolçunun karyerasını hansı komandada davam etdirəcəyi isə hələlik açıqlanmayıb.

Medianews.az

Bizə qoşulun