Medianews.az
Türkiyədə silahlı atışma: İki nəfər yaralandı, görüntülər yayıldı -
102 baxış

Türkiyədə silahlı atışma: İki nəfər yaralandı, görüntülər yayıldı - VİDEO

Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda iki qrup arasında baş verən silahlı və dəyənəkli dava nəticəsində iki nəfər yaralanıb.

Medianews.az xəbər verir ki, naməlum səbəbdən başlayan mübahisə qısa müddət ərzində kütləvi davaya çevrilib.

Tərəflər arasında odlu silah və dəyənəklərdən istifadə olunub.

Hadisə şahidlər tərəfindən mobil telefonla lentə alınıb. Yayılan görüntülərdə bir nəfərin küçənin ortasında təsadüfi şəkildə silahdan atəş açdığı görünür. Bildirilir ki, hadisə zamanı ətrafda olan bir qadın panikaya düşərək huşunu itirib.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralanan iki nəfər ilkin tibbi yardım göstərildikdən sonra Şemdinli Dövlət Xəstəxanasına aparılıb.

Hazırda yaralıların müalicəsi davam edir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

Medianews.az

Bizə qoşulun