Bu gündən etibarən Bakının Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə Həsən Əliyev küçəsi arasındakı hissəsində birtərəfli, dördzolaqlı hərəkət tətbiq olunub.
Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, əlavə olaraq həmin istiqamətdə tunelin üzərindəki yolun hərəkət hissəsinə bir zolaq da artırılaraq üçzolaqlı yol təşkil edilib.
Qeyd edək ki, dəyişiklik test rejimində yoxlanılır. Koroğlu Rəhimov küçəsində yenidənqurma işləri davam edir.

