Əhval-ruhiyyə aşağı olanda uzun müddət düşünməkdənsə, hərəkətə keçmək daha effektivdir.
Medianews.az xəbər verir ki, bunu türkiyəli psixoloq Sare Şen deyib.
Xüsusilə qısa gəzintilər belə insanın psixoloji vəziyyətini qısa zamanda yaxşılaşdıra bilir.
Mütəxəssisin sözlərinə görə, hərəkət zamanı beyində endorfin, serotonin və dopamin hormonları artır. Bu da insanın özünü daha enerjili və balanslı hiss etməsinə səbəb olur.
Araşdırmalar göstərir ki, 10-15 dəqiqəlik sadə gəzinti belə stressi azaldır və əhvalı yaxşılaşdırır. Açıq havada hərəkət isə həm zehni rahatladır, həm də gərginliyi azaldır.
Psixoloq qeyd edir ki, əsas məsələ uzun məşqlər deyil, hərəkətə başlamaqdır. Gündə cəmi 10 dəqiqəlik fəaliyyət belə vərdiş formalaşdırır və emosional tarazlığa müsbət təsir göstərir.
Mütəxəssisə görə, hava şəraitinin istiləşməsi açıq havada hərəkət üçün əlavə imkan yaradır və bu vərdişin formalaşdırılmasını asanlaşdırır.
Medianews.az