Medianews.az
SOCAR xaricdə hasilata dair üçüncü sazişini imzalayıb
88 baxış

SOCAR xaricdə hasilata dair üçüncü sazişini imzalayıb

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) xarici ölkələrdə hasilata dair üçüncü sazişini imzalayıb.

Medianews.az xəbər verir ki, saziş İtaliyanın “Eni S.p.A.” enerji şirkəti ilə imzalayıb. Bu saziş Fil Dişi Sahili Respublikasında (Kot-d’İvuar) yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının alınması haqdadır.

Bundan öncə SOCAR 2024-cü ilin mayında Birləşmiş Ərəb Əmirliklərində 3% payla neft hasilatı layihəsinə, 2025-ci ilin yanvarında isə İsraildə 10%-lik payla qaz hasilatı layihəsinə qoşulub.

Medianews.az

Bizə qoşulun