“Ermənistan bəzi sahələrdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisini nəzarətdə saxlayır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O, bu fikri Azərbaycanın guya Ermənistanın 200 kvadrat kilometr suveren ərazisini işğal etməsi ilə bağlı suala cavab verərkən səsləndirib:
“Xəritədə də göstərməyə hazıram. Təxminən 110 kvadrat kilometr biz onların ərazisindəyik (məsələn, Tavuş istiqamətində). Rəsmi olaraq deyirəm ki, hətta 90-cı illərdən bəri bizim irəlidə olduğumuz sahələr də mövcuddur”.
Simonyanın sözlərinə görə, bu ərazilərin bir qismi 1990-cı illərin hərbi əməliyyatlarından sonra formalaşmış sərhəd xəttində yerləşir.