Türkiyənin İsparta şəhərinin Eğirdir rayonunda səs-küy yaratması səbəbindən qonşular arasında baş verən dava qanla bitib.
Medianews.az xəbər verir ki, 59 yaşlı Yüksel Uçar və onun qızı Çilem Çağlar (38 yaş) gənc qonşuları tərəfindən bıçaqlanıblar. Y.Uçar həyatını itirib, qızı isə ağır yaralanıb.
Hadisəni törədən N.Y. polis tərəfindən saxlanılıb.
Məlum olub ki, Çilem Çağlar piano ifaçısı olub. Gecə saatlarında qonşular arasında bu səbəbdən mübahisə başlayıb.
N.Y. ilkin ifadəsində Çilem Çağlar və Yüksel Uçarla səs-küy üstündə mübahisə etdiyini və sonra onları bıçaqladığını bildirib.
Hadisə ilə bağlı araşdırma davam edir.\Unikal.az