Medianews.az
Sednaya həbsxanasındakı işgəncə metodları -
234 baxış

Sednaya həbsxanasındakı işgəncə metodları - FOTOLAR

Suriyada Əsəd rejiminin çökməsindən sonra Sednaya həbsxanasından azad olunan məhbusların dedikləri və yayılan görüntülər burada tətbiq olunan sistemli işgəncələri bir daha üzə çıxarıb. Sednaya uzun illər siyasi dustaqların, o cümlədən qadın və uşaqların ən ağır zorakılıqlara məruz qaldığı yer kimi tanınırdı.

Aaşağıda məhbusların təsdiqlədiyi əsas işgəncə növləri yer alır.

Medianews.az Sednaya həbsxanasında tətbiq olunan işgəncə metodlarını təqdim edir:

1. Məhbusu döymək – Həbsə gətirilənlər silikon və metal çubuqlarla döyülürdü.

2. Soyuq su işgəncəsi – Çılpaq məhbuslara qəfil soyuq su püskürdür, xüsusilə qışda şok və donma halları yaşanırdı.

3. Suda boğma – Başın su dolu qaba salınması və uzun müddət tutulması, yaxud nəm bezlə boğma üsulu.

 

4. Elektroşok – Elektroşok vasitəsi ilə məhsubların bədəninə elektrik cərəyanı verilib. Şoklar əsasən qarın və cinsiyyət orqanlarına yönəldilirdi.

5. Metal şişlə yandırma – Qızdırılmış dəmir bədənə basılır, həmçinin siqaret və alışqanla yandırma halları.

6. Dəmir stulda elektrik – Məhbus metal stula oturdularaq bütün bədəninə elektrik verilir.

7. “Ruh” (asma) pozisiyası – Əl-ayaq hamısı, yaxud ayrıca əllər və ya ayaqlar bağlanır, məhbus dik, yaxud başı üstə tavandan asılır.

8.  Yan ruh pozisiyası – Əllər arxadan tavana bərkidilmiş zəncirə bağlanır və yuxarıya doğru dartılır

9. Çökmə pozisiyası – Divara söykənmədən uzun müddət çökməyə məcbur edilmə; tabe olmayanlar döyülürdü.

10. Təkər işgəncəsi – Məhbus avtomobil təkərinə salınır , hər tərəfdən döyülür.

11. Çarmıx pozisyası– Məhbus taxta lövhələr arasında sıxılır, sonra döyülür.

12. Saçların qoparılması – Baş və bədəndəki tüklər əl və ya alətlərlə kökündən qoparılır.

13. Bədən hissələrinin kəsilməsi – Qulaq, barmaq və digər nahiyələrin kəsilməsi halları bildirilib.

14. İynə batırma – Üzə, dodaqlara, qulaqlara, ovuc və dabanlara iynə batırılması.

Bu açıqlamalar Sednayanın Suriya müharibəsinin ən ağır cinayət səhnələrindən biri olduğunu bir daha təsdiqləyir.

 Medianews.az

Bizə qoşulun