Medianews.az
Şalvarındakı ləkəni tüpürcəyi ilə sildi -
70 baxış

Şalvarındakı ləkəni tüpürcəyi ilə sildi - VİDEO

Ağ Evdə keçirilən rəsmi görüş zamanı qeyri-adi an yaşanıb.

Medianews.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilə İrlandiyanın Baş naziri Micheál Martin arasında baş tutan görüşdə sonuncunun davranışı kameralardan yayınmayıb.

Oval Ofisdə təşkil olunan mətbuat konfransı zamanı Baş nazir Martin şalvarında kiçik bir ləkə olduğunu hiss edib. O, ətrafdakılardan kömək istəmək əvəzinə, ləkəni öz tüpürcəyi ilə təmizləməyə çalışıb. Bu anlar zalda olan çoxsaylı kameralar tərəfindən saniyə-saniyə qeydə alınıb.

Görüntülərdə ABŞ prezidenti Donald Trampın bu vəziyyətdən xəbərsiz olduğu, jurnalistin sualını diqqətlə dinlədiyi, Martin isə ləkəni təmizlədikdən sonra heç nə baş verməmiş kimi görüşü davam etdirdiyi əks olunub.

Hadisə qısa müddətdə sosial mediada yayılıb və geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu “insani və səmimi refleks” kimi qiymətləndirsə də, digərləri yüksək səviyyəli diplomatik görüşdə belə davranışın protokol qaydalarına uyğun olmadığını bildiriblər.

Qeyd edək ki, ciddi protokol qaydaları ilə seçilən Ağ Ev bu dəfə qeyri-rəsmi və gözlənilməz bir anla gündəmə gəlib.

Medianews.az

Bizə qoşulun