ABŞ prezidenti Donald Tramp "Bloomberg"in xanım əməkdaşını təhqir edib.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, jurnalist ondan uşaq təcavüzünə görə məhkum edilmiş mərhum maliyyəçi Ceffri Epşteynin işi üzrə materiallar barədə soruşub. Qarşıdurmanın videogörüntüləri CNN tərəfindən yayımlanıb.
"Əgər sənədlərdə ittihamedici bir şey yoxdursa, cənab, niyə də olmasın..." deyə jurnalist soruşmağa çalışıb.
"Sakit! Sakit ol, donuz" deyə Tramp onun sözünü kəsib.
Britaniyanın "The Telegraph" qəzetinin məlumatına görə, hadisə 14 noyabr günü Amerika liderinin "Air Force One" təyyarəsində müxbirlərlə söhbəti zamanı baş verib. Sual verməyə çalışan jurnalist Bloomberg-də işləyir.
CNN və "The Telegraph" qeyd edirlər ki, qarşıdurmadan sonra Tramp materialların yayımlanması ilə bağlı mövqeyini dəyişib. Çərşənbə axşamı günü Amerika prezidenti ABŞ hakimiyyət orqanlarının Epşteyn işi ilə bağlı bütün materialları açıqlamasına icazə verməyə hazır olduğunu bildirib.