Murov dağlarının qoynunda, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Daşkəsən rayonunun Bayan kəndi Azərbaycanın qədim yaşayış məskənlərindəndir.
Zamanın izlərini qoruyub saxlayan daş evlər, qədim körpü, Vll-lX əsrlərə aid Çiçirəvəng Alban məbədi və bir çox dini tikililərin qalıqları bu kəndi əsl açıq hava muzeyinə çevirir.
Vaxtı ilə bu kənddə yerə düşmədən 67 evin pəncərəsindən bir-birinə keçmək mümkün olub.
Kənddə insanlar, əsasən, əkinçilik və maldarlıqla məşğuldurlar. Bu kənd həm də rejissorların diqqətini çəkən məkanlardandır. Belə ki, 1968-ci ildə ekranlaşdırılan "Mən ki, gözəl deyildim" məşhur Azərbaycan filminin bir çox epizodu Bayanda çəkilib.
"Report"un əməkdaşları Bayan kəndində olub, kəndin tarixi və insanların həyat tərzi ilə bağlı reportaj hazırlayıblar.
Ətraflı videoreportajı təqdim edirik: