Medianews.az
Bu, sistemli olaraq Azərbaycan vasitəsilə Ermənistana daşınır -
50 baxış

Bu, sistemli olaraq Azərbaycan vasitəsilə Ermənistana daşınır - Rusiya

Rusiya dəmir yolları infrastrukturu vasitəsilə Ermənistana Rusiya buğdasının tədarükü müntəzəm xarakter alıb.
Medianews.az xəbər verir ki, bu sözləri Rusiya Dəmir Yolları şirkətinin baş direktorunun birinci müavini Sergey Pavlov holdinqin idarə heyətinin iclasından sonra mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, şirkət bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir:
“Təchizat artıq müntəzəm hala gəlib. Biz bu marşrut üzrə nəqliyyatı daha da inkişaf etdirməyi planlaşdırırıq”.
Pavlov xatırladıb ki, 2025-ci ilin noyabr ayında uzun fasilədən sonra Rusiyadan Ermənistana ilk taxıl yüklü qatar yola düşüb. Bu, Ermənistan yüklərinin Azərbaycan ərazisindən tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra mümkün olub.

Bizə qoşulun