Medianews.az
Sabirabadda QƏZA:
76 baxış

Sabirabadda QƏZA: 20 yaşlı qadın sürücü ağır yaralandı

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Yenikənd kənd sakini, 2005-ci il təvəllüdlü Mustafazadə Günay Rafiq qızının idarə etdiyi “Chevrolet” markalı minik avtomobili Əskərbəyli kənd sakini, 1985-ci il təvəllüdlü Famil Əmraslanovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində qadın sürücü ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Bizə qoşulun