Medianews.az
Rusiyalı aktrisa faciəli şəkildə öldü -
79 baxış

Rusiyalı aktrisa faciəli şəkildə öldü - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində aktrisa Kristina Kulişenko pubda baş verən dava zamanı iki nəfərin hücumuna məruz qalıb.

Medianews.az Musavat.com-a istinadən xəbər verir kiŞ hadisə fevralın 23-də şəhərdə yerləşən barlardan birində qeydə alınıb.

Məlumata görə, 36 yaşlı aktrisa rəfiqəsi ilə birlikdə məkana gəlib. İddialara əsasən, onun rəfiqəsi həddindən artıq spirtli içki qəbul edib və müəssisə əməkdaşlarına qarşı kobud davranıb.

Nəticədə məkan əməkdaşları tərəfindən xəbərdarlıq edilib və vəziyyət gərginləşib. Bu zaman iki kişi ilə mübahisə yaranıb və dava düşüb. Hadisə zamanı aktrisa da fiziki zorakılığa məruz qalıb.

Məlumata görə, Kulişenko daha sonra xəstəxanaya müraciət edib. Həkimlər ona qançır və hematom diaqnozu qoyublar. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, Kristina Kulişenko Sankt-Peterburqda anadan olub. O, “Onegin”, “Dəniz şeytanları” və “İmperator” ekran işlərindəki rolları ilə tanınır.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Bizə qoşulun