Medianews.az
Anoreksiyadan əziyyət çəkən DÜNYA ULDUZLARI -
114 baxış

Anoreksiyadan əziyyət çəkən DÜNYA ULDUZLARI - SİYAHI

Məşhurların bəzən parıltılı və işıqlı səhnə həyatı qaranlıqla əvəz olunur. Səhnədə gözəl ifalar səsləndirib, əla şoular göstərən elə dünya ulduzları var ki, onlar səhhətləri ilə bağlı ciddi narahatlıqlar yaşayırlar. Bunlardan biri də onların yemək yeyə bilməmək kimi ciddi problemlə qarşılaşmalarıdır. Son illərdə bir çox tanınmış sima anoreksiya (qidalanma pozuntusu) ilə mübarizə aparması ilə gündəmə gəlib.

Bu dəfə Medianews.az BAKU.WS-ə istinadla anoreksiyadan əziyyət çəkən dünya ulduzlarının siyahısını təqdim edir:

Müğənni Demi Lovato

Sənətçi müsahibələrindən birində uşaq yaşlarından bəri qidalanma pozuntuları ilə mübarizə apardığını etiraf edib. O, həm anoreksiya, həm də bulimiya (ciddi və potensial olaraq həyati riskə yol aça biləcək yemə pozğunluğudur) yaşadığını bildirib.

Anoreksiyadan əziyyət çəkən DÜNYA ULDUZLARI - SİYAHI

Aktrisa Lili Kollins

"To the Bone" filmində anoreksiyadan əziyyət çəkən obrazı canlandırıb. Özü də yeniyetməlik dövründə qidalanma pozuntusu ilə mübarizə apardığını etiraf edib.

Anoreksiyadan əziyyət çəkən DÜNYA ULDUZLARI - SİYAHI

Müğənni Ledi Qaqa

Gənclik illərində bulimiya (ciddi və potensial olaraq həyati riskə yol aça biləcək yemə pozğunluğudur) və anoreksiya ilə mübarizə apardığını bildirib. O, bədən pozitivliyi mövzusunda tez-tez çıxışları ilə diqqət çəkir.

Anoreksiyadan əziyyət çəkən DÜNYA ULDUZLARI - SİYAHI

Müğənnni Zeyn Malik

Keçmiş "One Direction" üzvü konsert turları zamanı qidalanma problemləri yaşadığını və bu səbəbdən sağlamlığının pisləşdiyini etiraf edib.

Anoreksiyadan əziyyət çəkən DÜNYA ULDUZLARI - SİYAHI

Aktrisa Nikol Riçi

2000-ci illərdə həddindən artıq arıqlaması ilə gündəmə gəlmişdi. O, sağlamlıq problemləri yaşadığını və kömək aldığını bildirib.

Anoreksiyadan əziyyət çəkən DÜNYA ULDUZLARI - SİYAHI

Aktrisa Meri Keyt Olsen

Aktrisa 2004-cü ildə anoreksiya səbəbilə müalicə mərkəzinə yerləşdirilib. Daha sonra sağalıb.

Anoreksiyadan əziyyət çəkən DÜNYA ULDUZLARI - SİYAHI

Bu xəstəliklə mübarizə aparan digər tanınmış simalar arasında modelyer Viktoria Bekhem,

Anoreksiyadan əziyyət çəkən DÜNYA ULDUZLARI - SİYAHI

aktrisa Ancelina Coli də var.

Anoreksiyadan əziyyət çəkən DÜNYA ULDUZLARI - SİYAHI

Bizə qoşulun