Norveç 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına qayıtdı. Şimalılar səfərdə İtaliyanı darmadağın etdilər (4:1) və Cennaro Gattuzzonun komandasını pley-offa göndərdilər.
Publika.az xəbər verir ki, Erlinq Haaland növbəti dublu etdiyi görüşdə norveçlilərin başqa bir futbolçusu daha çox seçildi. “Borussiya Dortmund”un müdafiəçisi Yulian Ryerson bütün oyunu meydanda keçirdi və "Rodman" adlanan leopard naxışlı parlaq saç düzümü ilə diqqət çəkdi.
Ryesonun saç üslubu sosial şəbəkələrdə geniş müzakirə olundu. Azarkeşlər onunla bağlı müxtəlif zarafatlar ediblər.

Onun Dennis Rodmanın 1995-ci ildə məşhur saç düzümündən ilhamlandığı ehtimal edilir. Bir çoxu düşünür ki, “Çikaqo Bulls” ulduzunun başındakı leopard naxışı idi. Əslində, bu, təkrarlanan 33 rəqəmlərindən ibarət bir pattern idi. Rodman bunu Skotti Pippenin - komandanın 33 nömrəsinin əməliyyatdan sonra oyuna qayıdışını qeyd etmək üçün etmişdi.

Başqa nümunələr də var. Norveçli snoubordçu Daniel Frank 1998-ci il Olimpiadasında gümüş medalını məhz belə saçla almışdı. Niderland millisinin qadın futbolçusu Şeniz van de Sanden də eyni üslubda 2019-cu il dünya çempionatında çıxış edib.
