Medianews.az
Rayonlara gedərkən yol kənarındakı mağazalardan
56 baxış

Rayonlara gedərkən yol kənarındakı mağazalardan məhsul alırsınız?

Rayonlara səfər edən zaman yol kənarlarında yararsız və keyfiyyətsiz ərzaqların satışına tez-tez rast gəlinir.
Medianews.az bildirir ki, bu cür məhsulların gigiyenik qaydalara uyğun saxlanılmaması və nəzarətsiz şəraitdə satılması ciddi sağlamlıq riski yaradır. Mütəxəssislər bildirirlər ki, açıq şəraitdə, xüsusilə isti havalarda saxlanılan ərzaqlar tez xarab olur və qida zəhərlənmələrinə səbəb ola bilər.

Vətəndaşlara yalnız rəsmi, sertifikatlaşdırılmış və nəzarət olunan satış məntəqələrindən məhsul almaları tövsiyə olunur. Aidiyyəti qurumların isə bu cür halların qarşısını almaq üçün yol kənarı ticarətə nəzarəti gücləndirməsinin vacibliyi vurğulanır.

Bizə qoşulun