Rafael Fiziyev Avstraliyanın Sidney şəhərində keçirilmiş UFC 325 turnirində aldığı məğlubiyyəti şərh edib.
Oxu.Az xəbər verir ki, Fiziyev braziliyalı Maurisio Ruffiyə qarşı döyüş keçirib və ikinci raundda texniki nokautla uduzub.
"Hər kəsi salamlayıram. Nə demək istəyirəm... Deməyə söz yoxdur. Möhkəm döyüldüm, texniki nokaut. Nə etmək olar? Mən cəsarətimin çatdığı həyatı yaşayıram.
Mən döyüşçüyəm, geri qayıdacağam. Yenə də sona qədər gedəcəyəm, özümü təkmilləşdirəcəyəm, irəli hərəkət edəcəyəm və qələbələrimlə sizi sevindirəcəyəm. Bu dəfə qələbə ilə sevindirə bilmədim, amma yenə alınacaq. Dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevindirmək alınmadı...", - deyə Fiziyev sosial şəbəkədə paylaşdığı videoda bildirib.