Medianews.az
“Qarabağ”, “Neftçi” və başqaları... –
79 baxış

“Qarabağ”, “Neftçi” və başqaları... – 12 komandanın ən son halı

Premyer Liqanın 1/3 hissəsi başa çatdı.

Başqa cür desək, 33 turun 11-nə yekun vuruldu.

Avqust ayından noyabra qədər olan müddətdə “Sabah” – “Qarabağ” oyunu başqa vaxta keçirildiyinə görə elitada 65 oyun baş tutub.

Bu oyunlarda qapılara nə az, nə çox 161 top vurulub. Bu, hər matçda orta hesabla 2,5 qol deməkdir. Meydan sahibləri 83 dəfə qol istəyinə çatıbsa, qonaqlar 78 dəfə sevinən tərəf olub.

11 turda bütün komandalar məğlubiyyət acısı yaşayıb. Ən azı uduzan komandalar “Qarabağ”, “Sabah” və “Zirə”dir – hərəyə 1 dəfə.

Ən az qələbəyə sevinən komandalar isə “Qəbələ”, “Karvan-Yevlax” və “Kəpəz”dir – hərəyə 1 dəfə.

Qələbəni ən çox bayram edənlərin siyahısına “Qarabağ”la “Turan Tovuz” başçılıq edir – hərəyə 7 dəfə.

Birinci dövrənin ən çox heç-heçə edən kollektivi “Neftçi”dir. Bakılılar 11 görüşün 6-da meydanı 1 xalla tərk edib.

“Turan Tovuz”un heç-heçə ilə arası yoxdur. Cəmi 1 dəfə meydanı 1 xalla tərk edib.

Ən məhsuldar komanda statusuna “Qarabağ” malikdir – 17 qol.

Ən zəif məhsuldarlıq isə “Qəbələ”ylə “Kəpəz”in payına düşür – hərəyə 8 qol.

Öz qapısından ən az top buraxan komanda “Qarabağ” – 3 qol.

Ən çox məyus olan kollektiv isə “Kəpəz”dir – 32 qol.

Səfərdə qələbə qazana bilməyən komandalar “Qəbələ”ylə “Kəpəz”dir.

Öz meydanında 3 xal üzünə həsrət qalan komanda “Karvan-Yevlax”dır.

Öz meydanında ən çox qələbə qazanan komanda “Qarabağ”dır – dəfə.

Səfərdə ən çox qalib gələn komandanın adı “Turan Tovuz”dur – 4 dəfə.

Sportinfo.com

Bizə qoşulun