ABŞ-nin şimal-şərqində 60 milyondan çox sakin güclü qar yağması səbəbindən fövqəladə vəziyyət rejimi zonasında qalıblar.
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Bildirilib ki, Delaver, Massaçusets, Nyu-York, Nyu-Cersi, Pensilvaniya və Rod-Aylend ştatlarında fövqəladə vəziyyət rejimi elan olunub.
Nəşrin məlumatına görə, pis hava şəraiti 60 milyondan çox insanı əhatə edib.
Meteoroloqlar xəbərdarlıq ediblər ki, fevralın 23-də gecə saatlarında sözügedən ştatlarda qar örtüyünün hündürlüyü 30-60 sm-ə çata bilər.