Medianews.az
“Fənərbağça”da seçki qərarı:
96 baxış

“Fənərbağça”da seçki qərarı: Sadəttin Saran namizəd olacaq?

“Fənərbağça” klubunda 6–7 iyun tarixlərində növbədənkənar seçki keçiriləcək.

Medianews.az xəbər verir ki, klubun prezidenti Sadəttin Saran açıqlama verərək həmin seçkidə namizəd olmayacağını bildirib.

Saran qeyd edib ki, vəzifəyə gəldiyi gündən komanda olaraq məsuliyyətdən yayınmadan çalışıb, lakin mövcud vəziyyətdə prosesi uzatmağın düzgün olmadığını düşünür.

Onun sözlərinə görə, əsas məqsəd klubun maraqlarını qorumaq və “Fənərbağça”ya yeni mərhələ üçün yol açmaqdır. Saran həmçinin vurğulayıb ki, prezidentlik şəxsi ambisiya deyil, məsuliyyət tələb edən bir vəzifədir və klub maraqları hər şeydən üstündür.

O, gələcək rəhbərlərə uğurlar arzulayaraq “Fənərbağça”da birliyin qorunmasının vacibliyini qeyd edib.

Medianews.az

Bizə qoşulun