Medianews.az
"Real"ın futbolçusu Eder Militao
81 baxış

"Real"ın futbolçusu Eder Militao əməliyyat olunub

İspaniyanın "Real" klubunun futbolçusu Eder Militao əməliyyat olunub.

Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı braziliyalı müdafiəçi sol ayağından cərrahi müdaxiləyə ehtiyac duyub.

Oyunçu yaxın günlərdə reabilitasiyaya başlayacaq.

Xatırladaq ki, Eder Militao cari mövsüm İspaniya La Liqasında 16 oyuna 2 qolla yadda qalıb./"Report"

Bizə qoşulun