Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva klubunu dəyişib.
Medianews.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.
23 yaşlı müdafiəçi Almaniyanın “Hamburq” klubuna transfer olunub.
Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.
N.Mirzəliyeva 2020-ci ildən Azərbaycan millisinin üzvüdür. O, karyerası ərzində "Balxurma", "Marxal Şəki", "Rubin" və "Zenit"in formasını geyinib.