ABŞ və İsrailin İrana zərbələrindən və ardınca strat götürən qarşılıqlı hücumlardan sonra Rusiya prezidenti Vladimir Putin ilk rəsmi açıqlama ilə çıxış edib.
Medianews.az-ın məlumatına görə, Putin İran prezidenti Məsud Pezeşkiana göndərdiyi başsağlığı məktubunda bu ölkənin ali rəhbəri Əli Xameneinin öldürülməsini “insan əxlaqının, beynəlxalq hüququn bütün normalarını pozan sinik bir qətl” kimi qiymətləndirib.
Putin bildirib ki, Xamenei Rusiyada “görkəmli dövlət xadimi” kimi xatırlanacaq.
Moskva və Tehran uzun illərdir əsas müttəfiqlər hesab olunur. İran Rusiyaya hərbi dəstək göstərib, o cümlədən pilotsuz uçuş aparatları və ballistik raketlər təqdim edib. Həmçinin Ukraynaya qarşı müharibə şəraitində Rusiyada PUA istehsalı zavodunun qurulmasında iştirak edib.
Bundan bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana endirdiyi zərbələri pisləyərək onları “düşünülməmiş addım” və “silahlı təcavüz aktı” adlandırmışdı.