Rusiya Prezidenti Vladimir Putin “İlin icmalı” formatında keçiriləcək birbaşa xətt və mətbuat konfransından əvvəl hökumət üzvləri və nazirlərlə ilə Rusiya vətəndaşlarının qaldırdığı problemləri müzakirə edib.
Medianews.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov “Rossiya 24” telekanalına açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, dövlət başçısı vətəndaşlardan daxil olan müraciətlərin ümumiləşdirilmiş siyahısını mövzular üzrə sistemləşdirilmiş formada alır. Bu, Prezidentə ictimai əhval-ruhiyyəni daha yaxşı anlamağa imkan verir.
O, nazirlər, baş nazirin müavinləri və əsas istiqamətlər üzrə məsul şəxslərlə birbaşa əlaqə saxlayaraq əlavə məlumatlar tələb edir və onları dəqiqləşdirir.
Bildirilir ki, indiyədək birbaşa xətt üçün vətəndaşlardan 1,6 milyon müraciət daxil olub./globalinfo.az