Medianews.az
Putin Məhəmməd bin Salmanla
53 baxış

Putin Məhəmməd bin Salmanla danışıb

Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Bu barədə Rusiya KİV-ləri Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Hər iki tərəfdən hərbi əməliyyatların tezliklə dayandırılmasının və bütün tərəflərin qanuni maraqları nəzərə alınmaqla münaqişənin uzunmüddətli həlli üçün siyasi-diplomatik səylərin fəallaşdırılmasının zəruriliyi vurğulanıb", - məlumatda bildirilib.

V.Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Yaxın Şərqdəki böhranın qlobal enerji təhlükəsizliyinə mənfi təsir göstərdiyini qeyd ediblər.

Onlar Yaxın Şərqdəki böhran fonunda neft bazarının sabitləşdirilməsi üzrə "OPEC+" çərçivəsindəki fəaliyyətin vacibliyini vurğulayıblar.

Tərəflər iki dövlət arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə ediblər./report

Bizə qoşulun