Bu gün Prezident İlham Əliyev polkovnik Etibar Məhərrəmova general-mayor ali hərbi rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.
Medianews.az onun tərcümeyi-halını təqdim edir:
Etibar İsmayıl oğlu Məhərrəmov əslən Laçın rayonunun Sus kəndindəndir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.
E.Məhərrəmov müharibədə göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı”, “Vətən uğrunda” və digər medallarla təltif edilib.
O, 2025-ci ilin uyun ayından Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini, Qərargah rəisi vəzifəsində çalışır.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 7-də Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi barədə sərəncam imzalayıb. Sərəncamla, general-mayor Kənan Əlihüseyn oğlu Seyidova, general-mayor Ağamir Əzizxan oğlu Sultanova general-leytenant, polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə, polkovnik Anar Tofiq oğlu Hüseynova, polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova general-mayor ali hərbi rütbəsi verilib.
1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədov isə kontr-admiral ali hərbi rütbəsi alıb.