Medianews.az
Polisə qarşı arılar:
64 baxış

Polisə qarşı arılar: Qadın dostunu belə müdafiə etdi - VİDEO

ABŞ-də 59 yaşlı arıçı qadın yaşlı dostunu polislərdən qorumaq üçün arılardan istifadə edib.

Medianews.az xəbər verir ki, hadisə 2022-ci ildə Massaçusets ştatında baş verib.

Polislər borca görə 80 yaşlı kişini evdən çıxarmağa gəldiyi anda Rebekka Vuds pətəklərlə dolu avtomobili ilə hadisə yerinə gəlib və arıları onların üzərinə yönəldib. Hücum nəticəsində bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Buna baxmayaraq, polis əməliyyatı tamamlayıb və ev müsadirə olunub. Məhkəmə Vudsu bir neçə maddə ilə təqsirli bilərək 6 ay həbs cəzası verib. Hadisə zamanı minlərlə arı tələf olub.

Medianews.az 

Bizə qoşulun