ABŞ-də polis əməkdaşı ilə saxlanan qadın arasında xidməti avtomobildə baş verdiyi iddia olunan qalmaqallı hadisə ölkə gündəmində müzakirələrə səbəb olub.
Medianews.az xarici KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşı ilə qadın şübhəli arasında xidməti avtomobildə uyğunsuz münasibət yaşandığı iddia edilir.
Bildirilir ki, hadisə kilidli polis maşınındakı kameralar tərəfindən qeydə alınıb.
Görüntülərin üzə çıxmasından sonra həmin polis əməkdaşı barəsində araşdırmaya başlanıldığı və onun vəzifəsindən uzaqlaşdırıldığı iddia olunur.
Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.
Qalmaqallı iddialar qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, istifadəçilər polis əməkdaşının davranışına sərt reaksiya veriblər.