Hindistanın bir kəndində pələng 65 yaşlı qadını parçalayıb.
Medianews.az xəbər verir ki, qadın çayın kənarında keçi otararkən kolluqdan yırtıcı onun üstünə çıxıb.
Yırtıcı qurbanın başını qoparıb bədənini yeməyə başlayıb.
Hadisə yerinə gələn Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları pələngin çıxardığı qorxulu səslərdən zərərçəkənə yaxınlaşmaqda tərəddüd ediblər. Onlar yalnız bir saat sonra, yırtıcı getdikdən sonra qalıqları götürə biliblər.
Yırtıcını tutmağa çalışırlar. Tədqiqatçılar yırtıcı heyvanın kürkündən bir parça əldə ediblər və ondan heyvanın cinsini müəyyən etmək üçün istifadə etməyi planlaşdırırlar.
Artıq meşədə 20 kamera quraşdırılıb.
Medianews.az