Medianews.az
DÇ-2026 finalındakı davadan sonra
336 baxış

DÇ-2026 finalındakı davadan sonra FİFA qərarını verdi

FİFA 2026-cı il dünya çempionatının finalında baş verən insidentə görə Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesə verilən qırmızı vərəqəni ləğv edib.

Medianews.az xəbər verir ki, bu barədə “BBC Sport” jurnalisti Deyl Conson bildirib.

Məlumata görə, futbolçuya qarşı heç bir intizam tədbiri tətbiq olunmayacaq.

Xatırladaq ki, Argentina və İspaniya arasında keçirilən final matçından (0:1) sonra meydanda qarşıdurma yaşanıb. Argentinalı müdafiəçi Nahuel Molina İspaniya kapitanı Rodrinin sinəsinə əl ilə zərbə vurduqdan sonra futbolçular arasında mübahisə yaranıb.

Hadisəyə digər oyunçular da qoşulub. Paredes əvvəlcə ispan müdafiəçi Erik Qarsiyanı boynundan tutub, daha sonra komanda yoldaşını müdafiə etməyə çalışan Qaviyə qarşı aqressiv hərəkət edib.

Buna baxmayaraq, FİFA argentinalı futbolçuya əlavə cəza verməmək qərarına gəlib.

Medianews.az

Bizə qoşulun